Modern.az

Rabitə Nazirliyinin dəstək verdiyi 12 yaşlı idmançı dünya çempionu oldu

Rabitə Nazirliyinin dəstək verdiyi 12 yaşlı idmançı dünya çempionu oldu

Təhsil

12 Noyabr 2015, 11:32

İspaniyanın Benidorm şəhərində keçirilən kiqboks üzrə dünya çempionatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzEvroTel” MMC-nin maliyyə dəstəyi ilə qatılan 12 yaşlı Ümid Ağayev qızıl medalın sahibi olub. Ümid Ağayev 52 saylı orta məktəbin 7-ci sinif şagirdidir.
 
Modern.az saytı xəbər verir ki, rabitəçi ailəsində böyüyən Ümid 36 kiloqram çəki dərəcəsində ispaniyalı idmançı üzərində inamlı qələbə qazanaraq bu titula yiyələnib. 
 
“İlk öncə mənim yarışda  iştirak etməyimdə köməklik göstərən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova minnətdarlığımı bildirirəm. Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqiblərim güclü idi. Final qarşılaşmasında yerli idmançı ilə qarşılaşdığımdan  məsuliyyət daha çox idi. Qətiyyətim sayəsində mən qalib gəldim”.
 
Qeyd edək ki, Ümid dəfələrlə Bakı və ölkə çempionatlarının qalibi olub. Xatırladaq ki, Ümidin atası Musa Ağayev “AzEvroTel” MMC-də kabel ustasıdır.

Qeyd edək ki, yarışlarda iştirak edən Ümid Ağayevin müəllimi Eduard Məmmədov 60 kiloqram çəki dərəcəsində erməni idmançı üzərində parlaq qələbə qazanaraq  22-ci dəfə dünya çempionu olub.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et