Modern.az

İsmayıllıda güclü külək evlərin dam örtüyünü dağıdıb

 İsmayıllıda güclü külək evlərin dam örtüyünü dağıdıb

Təhsil

12 Noyabr 2015, 21:44

 

İsmayıllıda başlayan külək daha da güclənib. Modern.az saytı  Kanal S-ə istinadən xəbər verir ki, təbiət hadisəsi rayonda bir sıra təsərrüfatlara ziyan vurub.Bütün kəndlər, eləcə də şəhər mərkəzində elektrik kəsilib. Bir çox ərazilərdə irigövdəli ağaclar küləyin şiddətinə tab gətirməyərək aşıb. Rayonun Gəraybəyli kənd sakininə məxsus bir evin üzərinə ağac aşıb, tikilinin dam örtüyünü yararsız hala salıb.

Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Külək eləcə də bəzi evlərin, tikililərin dam örtüyünü dağıdıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün tədbir görülüb. Rayonda elektrik enerjisinin verilişi bərpa edilib.

Qırılan, aşan ağaclar ərazidən təmizlənib.  

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et