
Noyabrın 12-də separatçı rejimin işğal altında saxladığı Dağlıq Qarabağda iki əsgər ölüb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, düşmən tərəfi onların Azərbaycan ordusunun açdığı atəş nəticəsində məhv edildiyini bildirib.
Məlumatda qeyd edilir ki, noyabrın 12-də saat 21 radələrində qoşunların təmas xəttində Ermənistan ordusunun mövqeləri atəşə tutulub. Nəticədə 20 yaşlı Vaqe Vanioyan və 19 yaşlı Mikael Torosyan aldıqları güllə yarasından ölüblər.
***
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
Modern.az