Modern.az

Milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev vəzifəsindən azad olunub

  Milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev vəzifəsindən azad olunub

Təhsil

13 Noyabr 2015, 20:51

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub. Modern.az saytı xəbər verir ki, bu barədə APA öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib. Hazırda Milli Təhlükəsizlik Nazirliyində kadr islahatları davam edir. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?