Modern.az

Azərbaycan millisi ili qələbə ilə başa vurub

 Azərbaycan millisi ili qələbə ilə başa vurub

Təhsil

17 Noyabr 2015, 23:33

Bu gün futbol üzrə Azərbaycan millisi Moldova yığmasını qəbul edib. Modern.az saytı xəbər verir ki, Bakı Olimpiya Stadionda keçirilən oyunda hesabı 32-ci dəqiqədə rəqib komandanın futbolçusu avtoqlla açıb.

45-ci dəqiqədə də rəqib futbolçu fərqlənib, bu dəfə hər şey dəqiq alınıb - 1:1. 

Oyunun ikinci hissəsinə millimiz daha fəal başlayıb. 49-cu dəqiqədə Ağabala Ramazanov fərqlənib. Bu, oyunda sonuncu qol olub - 2:1.

Beləliklə, Azərbaycan millisi bu il sonuncu oyununu qələbə ilə başa vurub. Bu, həm də yığma komandamızın Bakı Olimpiya Stadionunda ilk qələbəsi olub.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et