Modern.az

Parisdə törədilən terror aktlarının təşkilatçısı məhv edilib

 Parisdə törədilən terror aktlarının təşkilatçısı məhv edilib

Təhsil

18 Noyabr 2015, 22:46

 

Parisdə baş vermiş terror aktlarının təşkilatçısı, 27 yaşlı Abdelhəmid Əbaud öldürülüb. Modern.az saytı xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Məlumata əsasən, terrorçu Paris yaxınlığında polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib. Yeddi saat davam edən əməliyyatda 100-ə yaxın polis əməkdaşı iştirak edib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə baş verən bir neçə terror aktı nəticəsində 129 nəfər həyatını itirib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et