Modern.az

Elmlər Akademiyasının internet televiziyası açılacaq

Elmlər Akademiyasının internet televiziyası açılacaq

Təhsil

23 Noyabr 2015, 16:01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Azərbaycanda akademiyanın “Elm TV” kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul edib. Modern.az qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, internet televiziya artıq müstəqil fəaliyyət göstərəcək. İnternet-televiziya 2 ilə yaxındır www.science.gov.az portalında yayımlanır.

“Elm TV”nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması yekunlaşmaq üzrədir.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et