Modern.az

Ərdoğanla Putin görüşə bilər

 Ərdoğanla Putin görüşə bilər

Təhsil

26 Noyabr 2015, 11:14


Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşünün  baş tuta biləcəyinə dair informasiya yayılıb.

Modern.az “Yeni Şafak”-a istinadən xəbər verir ki, prezidentlər Parisdə keçiriləcək İqlim Dəyişikliyi sammiti çərçivəsində bir araya gələ bilərlər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə, Hatay bölgəsində Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmasından sonra  iki ölkə arasında siyasi gərginlik yaranıb.

Putin bu addımı Türkiyənin Rusiyaya arxadan vurduğu zərbə kimi dəyərləndirib. Ərdoğan isə bəyan edib ki, Türkiyənin öz sərhədlərini qorumaq hüququ var.

 

Aqşin Kərimov

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et