Modern.az

İlham Əliyev İSESKO-nun baş direktoruna orden verdi

İlham Əliyev İSESKO-nun baş direktoruna orden verdi

Təhsil

26 Noyabr 2015, 13:41


Azərbaycan Prezidenti  İlham Əliyev  Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et