Modern.az

Putin Ərdoğanın 2 telefon zənginə cavab verməyib

Putin Ərdoğanın 2 telefon zənginə cavab verməyib

Dünya

27 Noyabr 2015, 17:44


Rusiya prezidentinin köməkçisi Aleksandr Uşakov həftə ərzində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə 2 dəfə zəng vurduğunu, lakin Putinin bu zənglərə cavab vermək istəmədiyini bildirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Uşakov Putinin Türkiyə rəhbərliyinin üzr istəməyə hazır olmaması səbəbindən bu addımı atdığını deyib.

Bundan öncə, Putinin mətbuat xidmətinin rəhəbri Dmitri Peskov Rusiya təyyarəsi vurulduqdan 7-8 saat sonra Ərdoğanın Putinə zəng etdiyini, lakin cavabsız qaldığını deyib.

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir