Modern.az

Tufan “Neft daşları”nda qəzaya səbəb oldu, 3 neftçi itkin düşdü

Tufan “Neft daşları”nda qəzaya səbəb oldu, 3 neftçi itkin düşdü

Təhsil

4 Dekabr 2015, 16:23



Bu gün - dekabrln 4-də saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Modern.az saytı SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Modern.az 
Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?