Modern.az

“Günəşli”dəki yanğından xilas edilənlər 29 nəfərə çatdı, ölüm-itim də var - YENİLƏNİB

“Günəşli”dəki yanğından xilas edilənlər 29 nəfərə çatdı, ölüm-itim də var - YENİLƏNİB

Təhsil

5 Dekabr 2015, 16:04


Xəzər dənizində yerləşən “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın yerindən xilas edilən neftçilərin sayı 19 nəfərə çatıb.

Modern.az saytı xəbər verir ki, məlumat Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Yataqda yanğının hələ də davam etdiyi, güclü külək səbəindən onun söndürülməsinin çətinləşdiyi qeyd edilir. Hadisə nəticəsində  insan itkisi ilə bağlı ziddiyətli xəbərlər yayılıb.

SOCAR ölüm xəbərlərini təsdiqləməsə də, sosial şəbəkələrədə neftçilərin ailələrinə yaxın mənbələr itkin düşən və həlak olanların olduğunu bildirirlər.

Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın başlayıb. İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

***

SOCAR-dan verilənn məlumata görə, “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın yerindən xilas edilən neftçilərin sayı 26 nəfərə çatıb.

****

“Reuters” agentliyi yaydığı məlumatda iddia edib ki, “Günəşli” yatağında güclü yanğın baş verməsi nəticəsində 32 işçi həlak olub. Məlumatda qeyd edilir ki, güclü küləyə və dalğaların yüksək olmasına baxmayaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 42 neftçini evaukasiya edə biliblər.

Azərbaycan Dövlət Neft Şirkətindən isə hələ ki ölüm-itim xəbərlərinə münasibət bildirilməyib.

***

"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən son məlumata görə, 29 nəfər xilas edilib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et