
Ermənistan hərbi qüvvələri işğal altındakı Dağlıq Qarabağda atəşkəsin pozulması, yaxud təxribat xarakterli cəhdlər zamanı tez-tez itki ilə üzləşir. Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, düşmən tərəfin rəsmi məlumatına görə, bu ilin 11 ayı ərzində 63 erməni hərbçisi ölüb. Bu itkinin 33-ü döyüş zamanı qeydə alınıb. 30 hərbçinin isə müxtəlif səbəblərdən öldüyü bildirilir.
Erməni tərəfin məlumatına görə, bu il ərzində ən çox hərbçi yanvar ayında (12 nəfər) və sentyabrda (14 nəfər) ölüb. Fevral ayında düşmən tərəfin silahlı qüvvələrində 6, mart ayında 8, noyabr ayında isə 7 hərbçi ölümü qeydə alınıb.
Təbii ki, Ermənistan tərəfinin açıqladığı bu rəqəm reallığı əks etdirmir. Çünki Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarında düşmənin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozması, yaxud təxribat xarakterli cəhdlərinin qarşı alınan zaman daha çox itki ilə üzləşdiyini dəfələrlə açıqlayıb. Bununla bağlı hətta konkret faktlar da açıqlanıb. Ermənistan tərəfinin itkilərini gizlətməsi isə cəmiyyətin qınağına tuş gəlməmək üçün seçilən taktikadır.
Ermənistan mediasının açıqlamasına görə, bu ilin 11 ayı ərzində 62 hərbçi müxtəlif səbəblərdən yaralanıb. Bu faktların ən çox qeydə alındığı aylar aprel (10 nəfər) və sentyabrdır (21 nəfər).
Qeyd edək ki, Ermənistan ordusunda hökm sürən dərəbəylik səbəbindən hərbçilərin bir-birini güllələməsi, sıravilərin özlərinə qəsd etməsi kimi hadisələr də baş verir. Rəsmi mənbələr isə çox vaxt belə faktları gizlədir.
Modern.az