Modern.az

BDU Elçibəylə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA

BDU Elçibəylə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA

Təhsil

14 Dekabr 2015, 15:39


Bəzi Kütləvi İnformasiyaVasitələrində yayımlanan “BDU-dan Elçibəyə qarşı hörmətsizlik” başlıqlı yazı cəmiyyətdə birmənalı qarşılanmayıb. 
 
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlayıb. Universitetin Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza bildirib ki, BDU-nun rəsmi saytının əsas səhifəsində əsasən elm xadimləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin, əməkdar elm xadimlərinin, görkəmli professorların adları verilib: "Bununla belə bildiririk ki, universitetin rəsmi saytının «Strukturlar» bölməsinə daxil olan Mətbuat və informasiya şöbəsinin saytının «Görkəmli məzunlar» hissəsində fakültələr üzrə verilmiş siyahıda əksər tanınmış məzunların, o cümlədən Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin də adı var.

Eyni zamanda BDU-nun 95 illik tarixi ilə bağlı nəşr edilmiş kitabın “görkəmli məzunlar” bölməsində də sabiq prezident kimi Əbülfəz Elçibəyin şəkli və  haqqında məlumat çap olunub”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et