Modern.az

Qatarda gediş haqqı qaldırıldı

Qatarda gediş haqqı qaldırıldı

Təhsil

23 Dekabr 2015, 13:09


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq istiqamətlər üzrə hərəkət edən qatarlarda gediş haqqını qaldırıb.

Bu haqda Modern.az saytına məlumat verən  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, bahalaşmaya səbəb dolların məzənnəsinin manata nisbətdə bahalaşmasıdır:

“Dolların bahalaşması ilə əlaqədar beynəlxalq istiqamət üzrə hərəkət edən bütün qatarlarda qiymətlər artırılıb. Biz öz ərazimizdə biletləri manatla, Rusiya isə rubl ilə satır.

Amma biz Rusiya, MDB və Baltikyanı ölkələri arasında ödənişi İsveçrə frankı ilə aparılır. Biz isə öz aramızdakı qiymətləri dolların kursuna görə  müəyyənləşdiririk. Dollar bahalaşdığına görə bizdə avtomatik olaraq onun kursuna uyğun satış həyata keçirilir. Sabah dolların məzənnəsində yenə bahalaşma olacaqsa, bizdə müvafiq olaraq qiymətləri qaldıracağıq”.

Cəmiyyətin sözçüsü deyib ki, bahalaşma heç bir halda ölkə daxilində sərnişin daşınmasına təsir etməyəcək.  

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?