Modern.az

“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışı davam etdirilir

“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışı davam etdirilir

Təhsil

24 Dekabr 2015, 11:32


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

“Günəşli” yatağındakı qəzada 23 neftçi itkin düşüb...

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et