Modern.az

“Neftin qiyməti 50 dollardan çox olacaq” - Vahid Ələkbərov

 “Neftin qiyməti 50 dollardan çox olacaq” - Vahid Ələkbərov

Təhsil

24 Dekabr 2015, 22:27


“2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar olacaq”. Modern.az  saytının Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.  

Onun sözlərinə görə, Direktorlar Şurasının toplantısında artıq bu məsələ müzakirə olunub: “Biz kollektiv şəkildə bu məsələni müzakirə etdik. Bu rəqəmin 30-40 dollar olacağını da ehtimal edirik. Lakin əminliklə deyə bilərəm ki, 2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar, hətta, ondan da yüksək ola bilər”. 

V. Ələkbərov həmçinin, qeyd edib ki, şirkət Baltikyanı ölkələrdə qalmış aktivləri satmaq qərarına gəlib: “Hazırda bizim Litva və Latviyada olan aktivlər satışdadır. Bu ölkələr Rusiya əleyhinə olduğu üçün biz Direktorlar Şurasında qərar verdik ki, bu dövlətlərin ərazisindən çıxaq”

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et