Moskvadakı Azərbayvan mədəniyyət və incəsənət studiyanın 5 illiyi ilə bsağlı tanınmış müğənni Könül Kərimova böyük konsert proqramı ilə çıxış edib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, həmin gün Moskvadakı “Kral” konsert zalının səhnəsinə yenicə sənətlə məşğul olan – studiyanın istedadlı yetirmələri də çıxıblar. Onlar tamaşamçılar qarşısında bir neçə milli rəqs də nümyaiş etdiriblər.
Məlumatda qeyd edilir ki, tamaşaçılar arasında azərbaycanlılarla yanaşı, ruslar da olublar. Konsertin təşkilatçıları qeyd ediblər ki, tamaşaçıların əksəriyyəti məhz Könül Kərimovanın çıxışı üçün gəliblər. bununla belə, stdiya iştirakçılarının yaradıcı nömrələri də rusiyalılar arasında az diqqəti cəlb etmir.
Qeyd edilir ki, Azərbaycan mədəniyyət və incəsənət studiyasında təkcə uşaqlara və böyüklərə milli rəqslər və muğamla məşğul olmağa imkan yaradılmır, həm də arzulayanlara Azərbaycan dili də öyrədilir.