Modern.az

İqtisad Universitetindən tələbələrə şad xəbər: alt qruplarda ödəniş ləğv edildi

İqtisad Universitetindən tələbələrə şad xəbər: alt qruplarda ödəniş ləğv edildi

Təhsil

26 Dekabr 2015, 11:58


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et