Modern.az

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Təhsil

28 Dekabr 2015, 12:12


ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. “Report”un xəbərinə görə, Bakıda “TAN” MMC-yə məxsus “Range Rover” markalı avtomobil səfirliyin “Mitsubishi Pajero” markalı maşınına çırpılıb.

Şirkət avtomobilinin naməlum sürücüsü qəzanı törətdikdən sonra hadisə yerini tərk edib. Səfirliyin avtomobilinə isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et