Modern.az

AZAL hava şəraitinə görə uçuşları təxirə salmayıb – AÇIQLAMA

AZAL hava şəraitinə görə uçuşları təxirə salmayıb – AÇIQLAMA

Təhsil

30 Dekabr 2015, 12:05


Bu gün axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti kəsin dəyişəcək. Qar və covğunla əalqədar Türkiyədə bir sıra ölkələrə, o cümlədən Azərbaycana bəzi təyyarə reysləri təxirə salınıb. Lakin buna baxmayaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarələri cədvələ uyğun hərəkət edəcəklər.  

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a bildirib ki, Türkiyədən fərqli olaraq onların təyyarələri ştata uyğun hərəkət edir: “Bu gün səhər saatlarında İstanbula - Atatürk və Sabiha Gökçen hava limanlarına təyyarələr uçub. Sabiha Gökçen hava limanına təyyarəmiz artıq enib. Həmin təyyarələr cədvələ uyğun olaraq Azərbaycana geri qayıdacaqlar. Yəni təyyarə uçuşlarının təxirə salınması ilə əlaqədar heç bir poblem yoxdur”.  

Türk Hava Yolları qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar bu gün və sabah Bakı, Gəncə və Naxçıvan istiqmaətdə təyyarə reyslərini təsirə salıb. Ümumiyyətlə, çovğunlu hava şəraiti ilə əlaqədar 142 təyyarə reysi təxirə salınıb.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et