Modern.az

Türkiyədə İsveç vətəndaşı saxlanılıb – İŞİD məsələsi

Türkiyədə İsveç vətəndaşı saxlanılıb – İŞİD məsələsi

Təhsil

31 Dekabr 2015, 11:54


Türkiyədə “İslam dövləti” (İŞİD) üzvü olmaqda şübhəli bilinən İsveç vətəndaşı saxlanılıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, həbs edilən şəxsin 20 yaşı var.

Onun bu ilin avqust ayında Türkiyə sərhədindən Suriya keçmək istəyərkən yaxalandığı bildirilir.

Lakin İsveç vətəndaşı iddia edir ki, sadəcə olaraq Suriyada yaşayan qardaşını İsveçə gətirmək məqsədilə ora getmək istəyib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et