Modern.az

Şəkidə valyuta alverçiləri cəzalandırıldı

Şəkidə valyuta alverçiləri cəzalandırıldı

Təhsil

31 Dekabr 2015, 15:20


Şəkidə müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.  

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1 maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et