Modern.az

ADR sədri Bakıya qayıdıb

 ADR sədri Bakıya qayıdıb

Təhsil

31 Dekabr 2015, 21:32


Tanınmış iqtisadçı, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikadan vətənə qayıdıb. Modern.az saytı xəbər verir ki, bu barədə iqtisadçı öz feysbuk səhifəsində yazıb: “Yeni ili Vətənimdə, Bakıda anamın və doğmalarımın əhatəsində keçirmək mənə içimdəki qürbət havasını unutdurdu. İqtisadi təlatümlərlə zəngin 2015-ci ili bir azdan geridə qoyacağıq. Harada yaşamasından asılı olmayaraq bütün həmvətənlilərimi Yeni il və Həmrəylik Bayramları münasibəti ilə təbrik edir, hamıya cansağlığı, xoşbəxtlik və iqtisadi cəhətdən sabit, sosial baxımdan təminatlı bir il arzulayıram.  Bayramlarınız mübarək, əziz həmvətənlilərimiz!"

Qeyd edək ki, Q.İbadoğlu xeyli müddətdir Amerikada idi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et