Modern.az

İtkin düşən daha bir neftçinin meyiti tapılıb

 İtkin düşən daha bir neftçinin meyiti tapılıb

Təhsil

3 Yanvar 2016, 21:02


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az saytına verdiyi məlumata görə, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı “Kursor” gəmisi Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda kişi cəsədi aşkar edib.

“Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb.

Cəsədin üzərində olan xilasedici qeyimində “Azneft“ yazısı müəyyən edilib. Əlavə məlumat veriləcək”.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza ötən ay - 4 dekabr tarixində baş verib. Qəza nəticəsində itkin düşən 21 neftçinin meyiti hələ də tapılmayıb.

Gülşən RAUFQIZI


Telegram
Hadisələri anında izləyin!
Keçid et