Modern.az

Küveyt də səfirini İrandan geri çağırdı

Küveyt də səfirini İrandan geri çağırdı

Təhsil

5 Yanvar 2016, 13:15


Küveyt Əmirliyi İrandakı səfrini geri çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ötən gün Sudanın İran səfirini ölkədən qovmasından sonra baş verib.

Daha öncə isə, Səudiyyə Ərəbistanı və Bəhreyn rəsmi Tehranla diplomatik münasibətləri kəsmiş, Birləşmiş Ərəb Əmirlikləri  isə diplomatik əlaqələrin səviyyəsini endirmişdi.

Yanvarın 3-də Səudiyyə Ərəbistanında 47 nəfərin, o cümlədən şiə ruhanisi Nimr ən-Nimrinin edam olunmasından sonra bu ölkənin Tehrandakı səfirliyinə kütlə tərəfindən hücum olunmuşdu.    

Vüqar İsmaylılov

 
Whatsapp
Bizə yazın!
Keçid et