Modern.az

Türkiyədə “donuz qripi” sürətlə yayılır – daha 6 nəfər ölüb

Türkiyədə “donuz qripi” sürətlə yayılır – daha 6 nəfər ölüb

Təhsil

9 Yanvar 2016, 11:06


Türkiyədə “donuz qripi”ndən daha 6 nəfər dünyasını dəyişib.

Modern.az xəbər Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyədə AH1N1 ("donuz qripi") virusu daşıyanların sayının artması ilə əlaqədar 32 nəfər karantində saxlanılır.  

5 aylıq və 4 yaşında 2 uşağın isə müalicələri davam edir.  

Ötən ay donuz qripindən 8 nəfər dünyasını dəyişmişdi. Həkimlər mövsüm dəyişkənliyinin bu virusun yayılmasına şərait yaratdığı barədə xəbərdarlıq ediblər. İnsanlara qrip və sətəlcəmə qarşı peyvənd olunmaları məsləhət görülür.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et