Bakıda civəni 20 min dollara satmaq istəyənlər tutulub. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20000 ABŞ dollarına satarkən tutulmuşlar.Modern.az