Modern.az

Rusiya Ermənistan-Türkiyə sərhəddinə müasir silah yerləşdirdi

Rusiya Ermənistan-Türkiyə sərhəddinə müasir silah yerləşdirdi

Təhsil

11 Yanvar 2016, 13:40


Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasını müasir silahlarla gücləndirməkdə davam edir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bazaya “Taxion” pilotsuz uçuş aparatları daxil olub. 40 kilometr məsafəyə qədər ərazidə əlverişsiz hava şəraitində belə, uça bilən “Taxion” kəşfiyyat məlumatları toplamağa qadirdir.

Rusiya Cənub Hərbi Dairəsinin məlumatına görə, hazırda yeni aparatların Türkiyə ilə sərhəddə uçuş sınaqları keçirilir.

Bundan əvvəl, Rusiya 102-ci hərbi bazaının aviasiya hissələrini 13 döyüş və nəqliyyat vertolyotu ilə gücləndirmişdi.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et