Modern.az

Qərb mediası Putinin kürəkəninin sərvətini AÇIQLADI – 1,2 milyard dollar

Qərb mediası Putinin kürəkəninin sərvətini AÇIQLADI – 1,2 milyard dollar

Təhsil

12 Yanvar 2016, 13:26

“Forbes” jurnalı Rusiya prezidenti Vladimir Putinin kürəkəni kimi tanınan biznesmen Kiril Şamalovun şəxsi sərvətini hesablayıb.

Modern.az xəbər verir ki, Forbes Şamalovun sahib olduğu “Sibur” şirkətindəki səhmlərinin bazar qiymətini hesablayaraq onun 1,2 milyard dollar pulu olduğunu göstərib.  

Hesab olunur ki, Kiril Şamalov ötən ilin dekabrında Sibur şirkətinin 10%-ni Çinin Sinopec şirkətinə 1,39 milyard dollara satmasından sonra dollar milyarderi olmuşdu.  

33 yaşlı Kiril Şamalov “Rusiya” bankının sahiblərindən olan Nikolay Şamalovun kiçik oğludur. Ata Şamalov 2014-cü ildə Ukrayna böhranı ilə bağlı Qərbin sanksiya siyahısına düşüb.  

“Reuters” agentliyi Kiril Şamalovun 2013-cü ildən Vladimir Putinin qızı hesab olunan və Moskva Dövlət Universitetinin prorektoru vəzifəsində çalışan Yekaterina Tixonova ilə evli olduğunu yazıb.

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et