Modern.az

AGBank-da yanğın

AGBank-da yanğın

Təhsil

13 Yanvar 2016, 14:01


13 yanvar tarixində səhər saatlarında qısaqapanma nəticəsində AGBank-ın “Elmlər” filialında yanğın baş verib. Modern.az xəbər verir ki, bank əməkdaşlarının və yanğınsöndürmə xidmətinin təcili  müdaxiləsi nəticəsində xoşagəlməz hadisə ətrafa güclü ziyan vurmayıb.

“Server və kassa şəbəkəsi işlək vəziyyətindədir. Hal-hazırda filialda xırda təmir işləri aparılır və qısa vaxt ərzində başa çatması nəzərdə tutulub. AGBank yaranan narahatçılığa görə filial müştərilərindən üzr istəyir və müvəqqəti olaraq bankın digər filiallarına müraciət etməyi xahiş edir”,-deyə bankdan Modern.az-a bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et