Modern.az

Alabaşlı-Şəmkir dəmir yolu təmirinə başlanıldı -FOTO

Alabaşlı-Şəmkir dəmir yolu təmirinə başlanıldı -FOTO

Təhsil

18 Yanvar 2016, 09:35


Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, yanvarın 18-də  Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanılıb.  O qeyd edib ki, təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərinin yeni yaradılmış 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 40 km dəmir yolu əsaslı təmir olunub.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et