Modern.az

Suriyadan Türkiyəyə “Katyuşa”larla atəş açılıb

Suriyadan Türkiyəyə “Katyuşa”larla atəş açılıb

Təhsil

18 Yanvar 2016, 18:58

 

Xəbər verdiyimiz kimi, Türkiyənin Kilis vilayətindəki orta məktəbə Suriyadan mərmilər atılıb. Hadisə nəticəsində məktəbin  bir işçisi ölüb, 1 şagird isə yaralanıb.  

Modern.az saytının Türkiyə KİV-nə istinadən məlumatına görə, Kilis valisi Süleyman Tapsız bildirib ki, ilk dəfə olaraq Suriyadan “Katyuşa” ilə atəş açılıb.  

O deyib ki,  Türkiyə ordusu 3 ədəd “Katyuşa” mərmisinin olduğu bölgədən adekvat olaraq 54 top mərmisini qarşı tərəfə atıb.   Valilik məktəblərdə tətil elan edib.  

Qeyd edək ki, bəzi iddialara görə Kilisi “İslam dövləti” (İŞİD) terror qruplaşması hədəf alıb.  

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et