Bakının Nərimanov rayonunda mənzildən iki meyit tapılıb. Modern.az Fövqəladə Hllar Nazirlyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:26-da başa çatıb.
***
Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Modern.az