Modern.az

Bakıda maskalı şəxslər qoca ər-arvadın əl-qolunu bağlayaraq evi qarət ediblər

Bakıda maskalı şəxslər qoca ər-arvadın əl-qolunu bağlayaraq evi qarət ediblər

Təhsil

21 Yanvar 2016, 12:58

 

Bakıda yaşayış evinə basqın olub. APA-nın məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 74 yaşlı Zamin Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb. 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et