Modern.az

Sabahın hava PROQNOZU - 10 dərəcə şaxta

Sabahın hava PROQNOZU - 10 dərəcə şaxta

Təhsil

22 Yanvar 2016, 14:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 25-26-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et