Modern.az

Qarlı, şaxtalı hava dəmiryollarına necə təsir edib?

Qarlı, şaxtalı hava dəmiryollarına necə təsir edib?

Təhsil

26 Yanvar 2016, 10:38


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır:

“İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb.

Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır”.

N.Əzməmmədov deyib ki, şaxtalı hava şəraitinə baxmayaraq qrafikə əsasən, beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et