
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Modern.az-ın məlumatına görə, müsabiqə aşağıdakı 15 istiqamətdə keçiriləcək:
| № | İstiqamətin adı |
| 1. | Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
| 2. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
| 3. | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
| 4. | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
| 5. | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması |
| 6. | Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
| 7. | Azərbaycançılıq ideyasının təbliği |
| 8. | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
| 9. | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
| 10. | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
| 11. | Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
| 12. | Ekologiya və ətraf mühitin mühafizəsi |
| 13. | Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
| 14. | Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
| 15. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi |
Müsabiqəyə yazıların qəbulu 28 yanvar 2016-cı il tarixində başlayır, 4 mart 2016-cı il tarixdə başa çatır).
Müsabiqəyə təqdim olunmuş yazılar mükafatlandırılarkən hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (400 AZN)
III yer üçün üç nəfər (300 AZN)
Modern.az