Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.
Bu gün saat 14:00-da AMEA-nın Əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək. Mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.Bu barədə AMEA-dan Modern.az-a məlumat verilib.
Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.
Modern.az