Modern.az

Deputat Türkiyə nümayəndə heyəti barədə deyilənlərə aydınlıq gətirdi

Deputat  Türkiyə nümayəndə heyəti barədə deyilənlərə aydınlıq gətirdi

Təhsil

1 Fevral 2016, 11:49

“Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti haqqında deyilənlər həqiqəti əks etdirmir”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O deyib ki, bir deputatın səs verməməsi heç nəyi dəyişmir  və məsələyə təsir göstərmir.

S.Seyidov deyib ki, Azərbaycan və Türkiyə nümayəndə heyətləri Avropa Şurası Parlament Assambleyasında həmişə vahid komanda şəklində fəaliyyət göstərib və inanır ki, bundan sonra da belə davam edəcək. 

Qeyd edək ki, AŞPA-nın qış sessiyasında Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsi qəbul edilməyib.  

Məlumata görə, Türkiyədən olan nümayəndə heyətindən bəziləri səsvermədə iştirak etməyib.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et