Modern.az

“Bank of Azerbaijan”nın əmanətçilərinə kompensasiya ödənişi davam edir

“Bank of Azerbaijan”nın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Təhsil

2 Fevral 2016, 10:16


Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Modern.az saytının verdiyi məlumatagörə, seçilmiş agent banklar tərəfindən 3 gün ərzində sənədləri qaydasında olan 260-dan çox əmanətçiyə  5,6 milyondan artıq kompensasiya ödənilib.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilib. Agent banklardan məlumat almaq üçün qaynar xətt: 

“933 nömrəli qaynar xətt”

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et