Modern.az

“Azərenerji”nin kredit reytinqi endirilib

 “Azərenerji”nin kredit reytinqi endirilib

Təhsil

2 Fevral 2016, 22:59

 

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib. Modern.az saytı  “APA”ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir. Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et