Modern.az

Qazaxıstan vətəndaşı Bakıdan Astanaya ekstradisiya olundu

Qazaxıstan vətəndaşı Bakıdan Astanaya ekstradisiya olundu

Təhsil

5 Fevral 2016, 10:24


Qazaxıstan vətəndaşı, 22 yaşlı Nurgül Baysanova bu gün Azərbaycandan öz ölkəsinə deportasiya olunub.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Azərbaycanda “oğurluq” maddəsi ilə həbs cəzası çəkən məhkum həbs müddətinin bitməsindən sonra analoji cinayətlər törətdiyi üçün axtarışa verildiyi vətəninə deportasiya olunub.  

Qazaxıstan Baş Prokurorluğunun Azərbaycan hüquq-mühafizə orqanlarına yanvarın 13-də göndərdiyi sorğudan sonra Nurgül Baysanovanın deportasiyasına müsbət cavab alınıb.  

Hazırda 22 yaşlı Aktyubnisk vilayəti sakini Bakıdan Astanaya gətirilərək saxlanma təcridxanasına yerləşdirilib.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et