Modern.az

Yeni deputatların “kreslo yoldaşları” bəlli oldu

Yeni deputatların “kreslo yoldaşları” bəlli oldu

Parlament

7 Dekabr 2010, 12:43

Milli Məclisin bugünkü iclasında yeni mandat almış deputatların beş il ərzində yanaşı əyləşəcəkləri həmkarları bəlli olub. Modern.az-ın əməkdaşı Milli Məclisin iclasından xəbər verir ki, yeni deputat, jurnalist Sahib Alıyev Gülər Əhmədova ilə yanaşı əyləşib.
Hüquqşünas Çingiz Qənizadə isə Aqil Abbasla yanbayan olub.
Musa Qasımlı Qüdrət Həsənquliyevlə, Arif Alışanov Mübariz Qurbanlı ilə, Rasim Musabəyov isə Asim Mollazadə ilə yanaşı kresloda əyləşib.
İki yeni deputat isə yanaşı əyləşib - Etibar Hüseynov və Mahir Aslanov.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir