
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kemerovo vilayətinə səfər edib və qubernator Aman Tuleyevlə görüşüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Kemerovoda yaşayan uşaqların Azərbaycanın sanatoriyalarında istirahət və müalicəsi məsələsi müzakirə olunub.
Aman Tuleyev Polad Bülbüloğlunu “Şaxtyor-2016” konsert proqramında iştirak etməyə dəvət edibə və azərbaycanlı səfirdən müsbət cavab alıb. Polad Bülbüloğlu qubernatora mahnılarının yer aldığı CD diskini də hədiyyə edib.
Vüqar İsmayılov