
Dünya bazarlarında neft kəskin bahalaşıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York birjasında bu səhər Brent markalı neft 5% bahalaşaraq 31,59 dollara qədər yüksəlib.
Halbuki ötən axşam birjalar bağlanan zaman “qara qızıl” 30,06 dollara satılırdı. Ekspertlərin fikrincə, neft 2016-cı ilin ikinci yarısında 60 dollara qədər bahaşa bilər.Vüqar İsmayılov