Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən PKK mövqelərinə hava zərbələri endirib.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah İdarəsi məlumat yayıb.“Ankara terrorundan 2 saat sonra Şimali İraqın Haftani rayonunda 1 saatlıq hava əməliyyatı keçirilib. Zərbələrin hədəfi terror qruplaşmasının rəhbərinin də aralarında olduğu 60-70 nəfərlik qrup idi”.
Ötən gün Ankarada 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən terror aktının Suriya kürdlərinin PYD təşkilatı tərəfindən təşkil olunduğu ehtimal olunur.
Vüqar İsmayılov