Millət vəkili Ülvi Quliyevə ağır itki üz verib. Modern.az saytı xəbər verir ki, millət vəkilinin atası Zahid Quliyev dünyasını dəyişib.Yaxınlarının verdiyi məlumata görə, Zahid Quliyev dünən gecə saatlarında vəfat edib.
Qeyd edək ki, Zahid Quliyev Azərbaycan Dillər Universitetinin müəllimi olub. Uzun illər professor Zahid Quliyev Universitetin Alman dili kafedrasının müdiri işləyib.
Allah rəhmət eləsin.
Modern.az