Modern.az

Bakıda avtobus qəzaya düşdü – 1 ölü, xeyli yaralı

Bakıda avtobus qəzaya düşdü – 1 ölü, xeyli yaralı

Təhsil

24 Fevral 2016, 10:43

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından  bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Modern.az  

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?