Ağdamda baş verən bədbəxt hadisə 15 yaşlı yeniyetmənin ölümünə səbəb olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı Baharlı 2 qəsəbəsində qeydə alınıb.
Uzunqulaq arabasının üzərində olan Qəzənfər Əsgərov arabanın çevrilməsi nəticəsində yerə yıxılb və ağır araba onun üzərinə aşıb. Bu zaman onun başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az